Bank Of Baku

Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - YENİLƏNİB

Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - YENİLƏNİB
# 23 sentyabr 2026 19:30 (UTC +04:00)

Gəncə güllə yarası nəticəsində şəxsin xəsarət alması ilə bağlı hadisənin təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, 32 yaşlı Gəncə şəhər sakini, Z. Əsgərov tir tüfəngi ilə ehtiyatsız davranış nəticəsində xəsarət alıb.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.

***

18:49

Gəncədə sakini silahdan açılan atəş nəticəsində xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1994-cü il təvəllüdlü Z.Əsgərov ürək nahiyəsindən silahdan açılan atəş nəticəsində xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat edilib. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.

Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR