Bank Of Baku

Rusiya səfiri: ABŞ söz azadlığına onların maraqlarına zidd olmadığı halda hörmət edir

Rusiya səfiri: ABŞ söz azadlığına onların maraqlarına zidd olmadığı halda hörmət edir
# 20 aprel 2023 02:27 (UTC +04:00)

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, Vaşinqton söz və mətbuat azadlığı prinsiplərinə riayət etməyə hazırdır, o halda ki, bu, onların maraqlarına zidd olmasın.

APA xəbər verir ki, bu barədə Rusiya diplomatik missiyasının "Telegram" kanalında məlumat verilib.

Bundan əvvəl Antonov bildirib ki, BMT Təhlükəsizlik Şurasının tədbirləri üçün Nyu-Yorka ezam olunan Rusiya nümayəndə heyətinin bir sıra üzvlərinə viza verilməməsi ilə bağlı situasiyada ABŞ-ın davranışı hədsizdir. O, həmçinin qeyd edib ki, jurnalistlərə vizanın verilməməsi “Amerikanın ikili standartlarını gözəl şəkildə nümayiş etdirir”.

Bir gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı Rusiya nümayəndə heyətinə viza verərkən Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahının yerləşdiyi ölkənin mövqeyindən sui-istifadə etdiyini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR