Salvadorda “Alyans” və FAS komandaları arasında oyun zamanı stadionunda baş verən izdihamda azı 9 nəfər ölüb.
APA-nın məlumatına görə, bu barədə “Associated Press” milli polisin məlumatlarına istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, qarşılaşma zamanı təşviş içində olan futbol azarkeşləri qapılardan birini sındıraraq tıxac yaradıblar.
Agentliyin məlumatına görə, daha onlarla insan yaralanıb.