Çin millisinin baş məşqçisi: “Yüksək şəraitə malik Qəbələ atıcılıq mərkəzində idmançılarımız hər gün medal qazanır”

Çin millisinin baş məşqçisi: “Yüksək şəraitə malik Qəbələ atıcılıq mərkəzində idmançılarımız hər gün medal qazanır”
# 14 avqust 2015 12:08 (UTC +04:00)

Bunu APA-ya müsahibəsində Çin yığma komandasının baş məşqçisi Vanq Yifu deyib.

O, Qəbələdə keçirilən Dünya Kuboku yarışları haqda təəssüratlarının zəngin olduğunu bildirib. "Burada hər şey möhtəşəmdir. Yüksək səviyyəli idman kompleksində keçirilən yarışlarda Çin idmançılarının da iştirak etməsi çox xoşdur. Qəbələdə 7 gündür ki, yarışlar keçirilir və Çin idmançıları hər gün medal qazanır. Məni və komandamızın üzvlərini uğurlara görə hər gün təbrik edirlər. Hazırda bizim idmançılar yarışda 11 medalla komanda hesabında birinci yerdədir. Biz 6 qızıl, 3 gümüş və 2 bürünc medal qazanmışıq”.

Məşqçi qeyd edib ki, Çin millisi yarışa yaxşı səviyyədə hazırlaşmaq üçün əvvəlcə Qəbələ atıcılıq mərkəzində məşq keçirib: "Buranın insanları, qonaqlara münasibət də bizdə yaxşı hisslər oyadır. Azərbaycan xalqı bizə böyük sevgi, hörmət bəsləyir, bunu hər dəfə görürük. Bu da bizi xoşbəxt edir. Qəbələdə olduğumuz müddətdə gəzməli yerlərdə də olmuşuq. Nohurgölə və “Yeddi gözəl” şəlaləsinə gedib istirahət etdik. Möhtəşəmdir. İnsan orada rahatlıq tapır. Gördüyümüz gözəllikləri sözlə ifadə etmək çətindir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR