Elman Rüstəmov: "Cari ildə də manatın sabitliyi AMB-nin diqqət mərkəzində olacaq"

Elman Rüstəmov: "Cari ildə də manatın sabitliyi AMB-nin diqqət mərkəzində olacaq"
# 10 yanvar 2020 15:44 (UTC +04:00)

"Cari ildə də manatın sabitliyi, onun tənzimlənməsi Azərbaycan Mərkəzi Bankının (AMB) diqqət mərkəzində olacaq".

"APA-Economics”in məlumatına görə, bunu AMB-nin sədri Elman Rüstəmov sahibkarlarla görüşü zamanı deyib.

"2020-ci ildə sabitlik olacaq. Makroiqtisadi sabitliyi qorumaq əsas vəzifələrimizdəndir. İnflyasiya hədəfi dəyişmir. Biz çalışacağıq, inflyasiyanı 4% ətrafında lövbərləşdirə bilək. Bildirək ki, bu, son 3 ilin inflyasiya səviyyəsidir. Bu da əhalinin real gəlirlərinin artmasına imkan verəcək", - deyə E. Rüstəmov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR