Mahmud Abbas martın 31-i ümummilli matəm günü elan edib

Mahmud Abbas martın 31-i ümummilli matəm günü elan edib
# 30 mart 2018 19:46 (UTC +04:00)

Fələstin lideri Mahmud Abbas martın 31-i ümummilli matəm günü elan edib.

APA-nın məlumatına görə, bu barədə Fələstinin “Wafa” agentliyi xəbər verib.

Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, yüzlərlə insan xəsarət alıb.

Bu gün Qəzza zolağında ənənəvi "Torpaq günü"nü qeyd edən minlərlə fələstinli qaçqınların doğma torpaqlarına qaytarılması tələbi ilə kütləvi aksiyalar keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR