Bank Of Baku

Silahlı şəxslər Çilinin xarici işlər nazirini qarət etməyə cəhd edib

Silahlı şəxslər Çilinin xarici işlər nazirini qarət etməyə cəhd edib
# 11 sentyabr 2023 08:36 (UTC +04:00)

Bir qrup silahlı şəxs Çilinin xarici işlər naziri Albert van Klavereni qarət etməyə cəhd göstərib.

APA xəbər verir ki, bu barədə "24horas" məlumat yayıb.

Qeyd olunub ki, xarici işlər naziri gecə saatlarında polisin müşayiəti ilə xidməti avtomobilində evə qayıdırmış.

Silahlı şəxslər onu hədələməyə çalışsalar da polisin havaya atəş açmasından sonra onlar qaçmağa məcbur olublar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları iki cinayətkarı saxlamağa nail olublar. Onlardan biri yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR