Bank Of Baku

Sumqayıtda narkotacir 4 kiloqram narkotiklə tutulub

Sumqayıtda narkotiklərin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə bağlı saxlanılan şəxslər

© APA | Sumqayıtda narkotiklərin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə bağlı saxlanılan şəxslər

# 10 avqust 2021 14:42 (UTC +04:00)

Polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotacir kimi tanınan, əvvəllər məhkum olunmuş Rafael Davıdov tutularaq istintaqa təqdim olunub. Onun üzərinə keçirilən baxış zamanı 4 kq narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs izahatında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduğunu etiraf edib.
Daha bir əməliyyat zamanı isə şəhər sakinləri  Xəyal  Hüseynov və  Vasif Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Onların üzərlərinə keçirilən baxış zamanı “patı” adlandırılan metamfetamin və narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. 
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə şəhər ərazisində müxtəlif ərazilərdə su sayğaclarını oğurlamaqda şübhəli bilinən, narkotik maddə aludəçisi Fikrət Nəcəfov saxlanılıb.
Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və digər hüquq pozuntularının qarşısının alınması istiqamətində Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR