BFB-də AMB-nin 170 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 170 mln. manatlıq notları yerləşdirilib
# 25 dekabr 2019 15:22 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50103976S 170 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 15 investor tərəfindən qiyməti 99,5543 AZN (5,76%) olan 23 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 940 897 400 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5543 AZN (5,76%), orta ölçülmüş qiyməti isə 99,5543 AZN (5,76%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 mln. AZN təşkil edib.

Notların ödəmə tarixi 23 yanvar 2020-ci ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR