Lavrov: "Suriyada macəradan qaçmaq lazımdır"

Lavrov: "Suriyada macəradan qaçmaq lazımdır"
# 13 aprel 2018 13:11 (UTC +04:00)

"Ultimatum və təhdidlər Suriyada dialoqa kömək etmir".

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Rusiya ümid edir ki, heç kim Suriyada Liviya ya İraqdakı ssenarinin təkrarlanmasına cəsarət etməz. Bu macəradan qaçmaq vacibdir. Ən kiçik bir yanlış Avropaya və bir çox ölkələrə yeni miqrant axınına səbəb olacaq ki, bu, nə bizə, nə də bizim Avropadakı qonşularımıza lazımdır", -deyə Lavrov söyləyib.

S. Lavrov qeyd edib ki, ABŞ-la əməkdaşlıq üçün bütün kanallar açıqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR