“Təmiz Şəhər” və ADA Universiteti növbəti layihəyə imza atıb

“Təmiz Şəhər” və ADA Universiteti növbəti layihəyə imza atıb
# 28 noyabr 2016 07:43 (UTC +04:00)

“Təmiz Şəhər” ASC maarifləndirmə tədbirləri çərçivəsində ölkədəki müxtəlif təhsil ocaqları ilə əməkdaşlığı davam etdirir. Bu əməkdaşlıq çərçivəsində “Təmiz Şəhər” ASC ilə ADA Universiteti İqtisad Universitetində (UNEC) tullantıları çeşidləmək üçün xüsusi qutular yerləşdiriblər.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Faiq Məmmədov İqtisad Universitetinin tələbələri üçün “Bərk məişət tullantılarının idarə olunması” mövzusunda mühazirə deyib.

Bildirilib ki, Balaxanıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda il ərzində 200 min ton tullantını çeşidlənir. Polietilen, karton, kağız, pet butulka, plastik və sair materiallar ümumi tullantı kütləsindən ayrılır və xammal kimi təkrar emal müəssisələrinə göndərilir. Bu tullantıların təkrar emalı ekoloji fəsadların qarşısını alır. Belə ki, əksər qeyri-orqanik tullantıların çürümə prosesi yüz illərlə davam edir.

Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti barədə məlumat verən F.Məmmədov zavodun istehsalat gücünə görə Şərqi Avropada və MDB məkanında ən iri bu tipli müəssisə olduğunu vurğulayıb. Dördüncü nəsil (4G) texnologiyaların tətbiqi ilə qurulan bu müasir zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində standartlarına tam uyğundur. Yanma məhsulu olan tüstü külü xüsusi filtrlərlə tutulur və ətraf mühiti çirkləndirmir. Daha ağır və zərərsiz olan dib külü isə yol inşası üçün istifadə olunur. Qeyd edilib ki, zavod il ərzində 500 min ton tullantını yandırmaq gücünə malikdir. Burada tullantılar yandırılaraq, həcmi 10 dəfə azaldılır və elektrik enerjisi hasil olunur. Ötən ildə zavod 183 milyon KVt/saat elektrik enerjisi istehsal edib. Zavodun elektrik enerjisinə tələbatı tam ödənildikdən sonra qalan 155 milyon KVt/saat enerji əhalinin istifadəsinə verilib. Bu isə 300 min əhalisi olan şəhəri bir il ərzində tam olaraq elektrik enerjisi ilə təmin etmək deməkdir.

Mühazirədən sonra tələbələrin iştirakı ilə universitetdə çeşidləmə qutuları yerləşdirilib. İki növ qutuların biri kağız, digəri isə şüşə və pet butulkalar üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR