Elman Abdullayev Afrika İttifaqı komissarı ilə görüşüb

Elman Abdullayev Afrika İttifaqı komissarı ilə görüşüb
# 07 avqust 2015 15:30 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Afrika İttifaqı yanında daimi nümayəndəsi Elman Abdullayev Afrika İttifaqının İnsan Resursları, Elm və Texnologiya məsələləri üzrə Komissarı Martial De-Paul İkounqa ilə görüşüb.


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı E. Abdullayev Azərbaycan haqqında geniş məlumat verərək, ölkəmizin elm, təhsil və texnologiya sahələrində regionun qabaqcıl ölkəsinə çevrildiyini bildirib.

Diplomat hələ SSRİ dövründə Azərbaycanın Afrika ölkələri ilə təhsil sahəsində əməkdaşlığının geniş olduğunu və minlərlə afrikalının Azərbaycanın müxtəlif universitetlərində təhsil aldığını deyib.


Afrika ölkələrinin Azərbaycanın təhsil müəssisələrinin yüksək səviyyəyə malik olması barədə məlumatlı olduğunu qeyd edən Aİ komissarı bu sahədə Afrika İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yeni müstəviyə qaldırılmasının vacibliyini vurğulayıb. O, iki ölkə arasında elm, təhsil və texnologiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün güclü potensialın mövcud olduğunu bildirib.


Görüşdə tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün təcrübə mübadiləsinin aparılması və səfərlər mübadiləsinin həyata keçirilməsinin zəruriliyi da vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR