Nazir müavini: "Bu il 41 rayonda 137 modul tipli məktəb inşa olunacaq"

Nazir müavini: "Bu il 41 rayonda 137 modul tipli məktəb inşa olunacaq"
# 07 fevral 2018 14:22 (UTC +04:00)

Təhsil Nazirliyində Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə əlaqədar nazirlik tərəfindən görüləcək işlərə dair müşavirə keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov bildirib ki, son illərdə tikilən, əsaslı təmir edilən 3104 məktəbdən 2826-sı (91%) regionların payına düşür.

Nazir müavini qeyd edib ki, ötən il ölkəmizin 40-dan çox bölgəsində 106 qəzalı vəziyyətdə olan təhsil müəssisəsi modul tipli məktəblə əvəz olunub: "Görülən işlərin davamı olaraq bu il də 41 rayonda 137 modul tipli məktəb inşa olunacaq".

C. Bayramov onu da bildirib ki, son illərdə məktəbəqədər təhsilin əhatə dairəsi daha da genişləndirilib: "2016-2017-ci dərs ilindən etibarən ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qrupları təşkil olunub və 5 yaşlı uşaqların 55 faizi həmin qruplara cəlb edilib. Bu dərs ilində isə məktəbəhazırlıq qruplarında uşaqların əhatəliliyi 65 faizə çatdırılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR