Bank Of Baku

SpaceX 5000-ci Starlink peykini orbitə çıxarıb

SpaceX 5000-ci Starlink peykini orbitə çıxarıb
# 27 avqust 2023 21:49 (UTC +04:00)

SpaceX şirkəti daha 22 Starlink internet peykini orbitə çıxarıb.

APA-nın xəbərinə görə, bu, SpaceX üçün əlamətdar missiya olub və şirkət tərəfindən indiyədək buraxılmış Starlink peyklərinin ümumi sayı 5 mini keçib.

Peyklər avqustun 26-da Florida ştatının Kanaveral burnunda yerləşən kosmodromdan Falcon 9 raketi ilə havaya qaldırılıb. Təxminən 8,5 dəqiqə sonra raketin ilk pilləsi Yerə qayıdıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR