Bankların AMB qarşısında öhdəliyi azalır

Bankların AMB qarşısında öhdəliyi azalır
# 11 dekabr 2017 06:19 (UTC +04:00)

Bu ilin oktyabr ayında Azərbaycan banklarının Mərkəzi Bankı (AMB) qarşısında öhdəliyi azalıb.

"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, sentyabr ayı ilə müqayisədə oktyabrda bankların AMB qarşısında öhdəliyi 4,2 mln. manat və ya 0,73% azalaraq 566,6 mln. manat təşkil edib.

Ümumiyyətlə, ilin əvvəlindən Mərkəzi Bankın banklara qarşı tələbləri 1 mlrd. 128,9 mln. manat və ya 2,99 dəfə azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR