Azərbaycan və Aİ arasında alt komitənin iclası təxirə salınıb

Azərbaycan və Aİ arasında alt komitənin iclası təxirə salınıb
# 21 noyabr 2016 10:11 (UTC +04:00)

Avropa İttifaqı ilə Azərbaycan arasında nəqliyyat və enerji məsələləri üzrə alt komitənin iclasının vaxtı dəyişib.

APA-nın məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, iclasın yanvarda keçirilməsi planlaşdırılır. M. Mard vaxt dəyişikliyinin hər iki tərəfdən qaynaqlanan bəzi texniki məsələlərlə bağlı olduğunu söyləyib.

Qeyd edək ki, yığıncağın əvvəlcə dekabrın ortalarında keçirilməsi planlaşdırılırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR