Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 100-ü ötüb

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 100-ü ötüb
# 15 avqust 2017 05:50 (UTC +04:00)

Hindistanda leysan yağışlarla əlaqədar baş verən daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 100 nəfər ötüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 64 nəfərin öldüyü bildirilirdi.

Son məlumatlara əsasən, Assam ştatında 20 nəfər ölüb, 183 min insan müvəqqəti olaraq çadır şəhərciklərində məskunlaşıb. Bixar ştatında təbii fəlakət qurbanlarının sayı kəskin artıb. Son iki gün ərzində ştatda daşqınlar nəticəsində 41 nəfər həyatını itirib. Uttarakxand ştatında isə torpaq sürüşməsi nəticəsində azı 25 nəfərin dağıntılar altında qaldığı ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR