ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş Naziri, Xarici İşlər və Avropa naziri Edi Rama Rusiyaya səfər edəcək.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin Moskvaya səfəri fevralın 26-da baş tutacaq.
“Səfər çərçivəsində Edi Rama Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşəcək. Görüşdə ümumi Avropa və regional problemlər, eləcə də ATƏT-in hazırki fəaliyyəti və 2020-ci il üçün iş planı müzakirə olunacaq”, - deyə M. Zaxarova vurğulayıb.