Qızıl 8 dollardan çox bahalaşıb

Qızıl 8 dollardan çox bahalaşıb
# 14 oktyabr 2017 08:06 (UTC +04:00)

Amerika fond bazarında Dow Jones indeksi 0,13% - 22 871,72 bəndədək, S&P 500 0,09% - 2 553,17 bəndədək, NASDAQ isə 0,22% - 6 605,80 bəndədək bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,28% - 7 535,44 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı 0,07% - 12 991,87 bəndədək bahalaşıb, Fransa CAC-40-ı isə 0,17% - 5 351,74 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 8,10 dollar artaraq 1 304,60 dollara, gümüş isə 0,14 dollar artaraq 17,41 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR