Polşa qanadlı raketlərin tədarükünə dair ABŞ-la razılığa gəlib

Polşa qanadlı raketlərin tədarükünə dair ABŞ-la razılığa gəlib
# 24 dekabr 2016 17:30 (UTC +04:00)

Polşa ASSM-ER tipli qanadlı raketlərin ölkəyə tədarükünə dair ABŞ-la saziş imzalayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Polşanın Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, kontraktın ümumi dəyəri 235 mln. dollar təşkil edir.

Qeyd edək ki, ABŞ-ın istehsal etdiyi “hava-yer” sinfinə aid JASSM-ER qanadlı raket 980 km aralıda olan hədəfləri dəqiq vurma qabiliyyətinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR