Sabirabadda Bayraq Muzeyinin açılışı olub

Sabirabadda Bayraq Muzeyinin açılışı olub
# 28 noyabr 2017 14:39 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Sabirabad rayonunda Bayraq Muzeyinin açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, Sabirabad Bayraq Muzeyinin inşasına 2017-ci ilin fevralında başlanılıb və sentyabrda başa çatdırılıb.

Diqqətə çatdırılıb ki, Bayraq Muzeyinin yerləşdiyi meydanın ərazisi son vaxtlar genişləndirilərək iki hektara çatdırılıb. Hündürlüyü 97 metr olan dövlət bayrağı dirəyinin postament hissəsinin ətrafı abadlaşdırılıb və yaşıllıq salınıb, yeni işıqlandırma sistemi yaradılıb, uşaqlar üçün attraksionlar qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR