Türkiyədə yaşayan azərbaycanlı ailə işləmək icazəsinin verilməsi üçün hökumətə müraciət edib

Türkiyədə yaşayan azərbaycanlı ailə işləmək icazəsinin verilməsi üçün hökumətə müraciət edib
# 07 sentyabr 2017 11:42 (UTC +04:00)

Övladlarının müalicəsi ilə bağlı Türkiyəyə gedən azərbaycanlı ailə bu ölkədə işləməsinə icazə verilməsi üçün hökumətə müraciət edib.

APA-nın “Hürriyet”-ə istinadən verdiyi xəbərə görə, Davud Abdullayev övladı, 15 yaşlı Cavid Abdullayevin əməliyyat və müalicəsi üçün ailəsi ilə birgə ötən il Antalyaya gedib. Orada Cavidə anası Aynurə Məmmədlidən sümük iliyi köçürülüb. Hazırda müalicəsi xəstəxanada davam edən yeniyetmənin səhhəti yaxşılaşır.

D. Abdullayev indiyədək müalicə və əməliyyat üçün 120 min dollar ödədiklərini deyib, bunun üçün evini, maşınını satdığını əlavə edib: “Amma hələ də 87800 dollar borcumuz qalıb. Həmin pulu ödəmək imkanımız yoxdur. Bu səbəbdən işləməyimiz lazımdır. İşləmək üçünsə icazə vacibdir. Türkiyə hökumətinə müraciət edirik ki, bizə rəsmi olaraq, işləmək üçün icazə verisin”.

Qeyd edək ki, ailənin iki övladı var. C. Abdullayevə iki il əvvəl yüksək temperatur və yorğunluq şikayətləri ilə getdiyi xəstəxanada aplastik anemiya (qırmızı sümük iliyinin kifayət qədər hüceyrə yarada bilməməsi) diaqnozu qoyulub. Bu xəstəlik 350 min insandan birində olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR