Məşhur hind aktyoru Şaşi Kapur vəfat edib

Məşhur hind aktyoru Şaşi Kapur vəfat edib
# 04 dekabr 2017 16:12 (UTC +04:00)

Məşhur hind aktyoru və rejissor Şaşi Kapur vəfat edib.

APA-nın “Lent.ru” saytına istinadən verdiyi məlumata görə, Ş. Kapur uzun sürən xəstəlikdən sonra 79 yaşında dünyasını dəyişib.

Ş. Kapur ən məşhur Bollivud filmlərində müxtəlif obrazlar yaradıb. Onun “Avara”, “Məhəbbət böyük qüvvədir”, “Siddihatra”, “Cənab Şekspir”, “Divar” və s. filmlərlə böyük uğur qazanıb.

Qeyd edək ki, Ş. Kapur 1938-ci il martın 18-də anadan olub. Karyerası 1941-1999-cu illəri əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR