Ərdoğan: “Hesab edirik ki, Rusiya Əsədi müdafiə etməyi dayandıracaq”

Ərdoğan: “Hesab edirik ki, Rusiya Əsədi müdafiə etməyi dayandıracaq”
# 09 aprel 2017 17:46 (UTC +04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Rusiya Suriya prezidenti Bəşər Əsədi dəstəkləməyə son qoyacaq və bu ölkədə ABŞ-la birlikdə hərəkət edəcək.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün İstanbulda referendumla bağlı aksiyada çıxış edən R. T. Ərdoğan kimyəvi hücuma cavab olaraq ABŞ-ın Suriyaya raket zərbəsi endirməsini də müsbət dəyərləndirib.

Türkiyə prezidenti ABŞ-ın tək bu addımla kifayətlənməyəcəyinə ümid edib: “Biz hesab edirik ki, Rusiya da ən azı Əsədi müdafiə etməyi dayandıracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR