Bank Of Baku

Mingəçevirdə yanğın təhlükəsizliyi ilə bağlı təlim keçirilib - FOTO

Mingəçevirdə yanğın təhlükəsizliyi ilə bağlı təlim

© APA | Mingəçevirdə yanğın təhlükəsizliyi ilə bağlı təlim

# 21 oktyabr 2021 11:58 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Mingəçevirdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə təlim, qiymətləndirmə əməliyyatı həyata keçirib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, FHN-in Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən keçirilən təlimlər şəhərdə insanların və nəqliyyatın ən çox hərəkətdə olduğu mərkəzi bazar ətrafında baş tutub. Şərti yanğın təhlükəsi və mövcud durumun qiymətləndirilməsi məqsədi daşıyan təlim zamanı yanğınsöndürmə maşınları səs siqnalları ilə şərti yanğın yerinə yaxınlaşmağa çalışıb. Cəmi bir neçə dəqiqə ərzində baza nöqtəsindən hadisə yerinə yetişən briqada və onların istifadəsində olan texnika şərti yanğın yerində çətinliklərlə üzləşib. Avtomobillərin ərazidə nizamsız və nəzarətsiz saxlanılması və park edilməsi avtomobillərin keçidinə ciddi əngəl yaradıb və xeyli vaxt aparıb. Bu isə mümkün ola biləcək hər hansı yanğın hadisəsi zamanı yanğınsöndürmə briqadalarının hadisə nöqtəsinə vaxtında yetişməsi üçün hansı vaxt itkisinə səbəb ola biləcəyi qənaətini yaradıb. Eyni zamanda yanğın hadisələri zamanı istifadə üçün nəzərdə tutulan su hidratlarının ətrafının, yerləşdiyi sahələrin nəqliyyat vasitələrinin nizamsız parklanması səbəbindən lazımi anda xüsusi texnikanın keçidi üçün keçilməz olduğu müəyyən edilib.

Təlimlərin yekunları ilə bağlı açıqlama verən Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Elnur Babayev insanların və nəqliyyatın sıx hərəkətdə olduğu şərti yanğın ərazisində ciddi nizamsızlığın şahidi olduğunu bildirib: “Məqsədimiz mövcud durumu görüb dəyərləndirmək idi. Hesab edirəm ki, ən qısa zaman ərzində ərazidə yanğın təhlükəsizliyi ilə əlaqədar qeydə alınan problemlər aradan qaldırılmalıdır. Bu məqsədlə əməkdaşlarımız aidiyyatı qurumlarla əlaqə yaradacaq, müvafiq obyekt sahibləri və qaydalara əməl etməyən vətəndaşlara qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR