Bank Of Baku

Lənkəranda bir neçə kənd və qəsəbədə yanğın baş verib - FOTO - YENİLƏNİB

Lənkəranda bir neçə kənd və qəsəbədə yanğın baş verib - FOTO  - YENİLƏNİB
# 13 avqust 2026 20:44 (UTC +04:00)

Lənkəranda bir gündə bir neçə kənd, qəsəbə və yaşayış məntəqəsində yanğın qeydə alınıb.

Bu barədə APA-nın cənub bürosu məlumat yayıb.

Yanğınlar əsasən Lənkəran rayonunun Mis və Şürük kəndlərində, eləcə də Liman şəhəri və Nərimanabad-1 qəsəbəsində baş verib.

Daxil olan məlumatlarla əlaqədar Lənkəran və Masallı rayon Dövlət Yanğından Mühafizə hissələrinin texnikaları və canlı qüvvələri ərazilərə cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğınların qarşısı alınıb.

Hazırda Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində yerləşən Xarici Dillər Təmayüllü Gimnaziyanın həyətyanı sahəsində otlaq ərazidə yanğın davam edir.

Qeyd edək ki, yanğınlar zamanı əsasən quru ot və kol-kos yanıb.

***
16:42

Lənkəranda açıq sahədə yanğın başlayıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, yanğın günorta saatlarından Lənkəran rayonunun 1 saylı Nərimanabad qəsəbəsi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, yanğın moruq sahəsini və kol-kosluq ərazini əhatə edir.

Ərazidə küləkli hava alovun yayılmasına səbəb olub.

FHN-in qüvvələri əraziyə cəlb edilib.

Hazırda yanğının lokallaşdırılması və alovun yaşayış evlərinə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR