NBC: Pentaqon Şimali Koreyaya məxsus 20 hərbi obyektə zərbələr endirə bilər

NBC: Pentaqon Şimali Koreyaya məxsus 20 hərbi obyektə zərbələr endirə bilər
# 10 avqust 2017 03:03 (UTC +04:00)

ABŞ Müdafiə nazirliyi Şimali Koreyaya məxsus 20 hərbi obyektə preventiv zərbələr endirmək üzrə plan hazırlayıb.

APA-nın məlumatına görə, bu barədə NBC telekanalı hərbi mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, “B-1B Lancer” bombardmançı təyyarələri raketlər üçün start meydançaları daxil olmaqla Şimali Koreyanın 20-dək hərbi infrastruktur obyektini bombalaya bilər.

Sakit okeanın qərbindəki Quam adasında ABŞ-ın “Andersen” hərbi hava və “Apra-Harbor” hərbi-dəniz bazası yerləşir.

Bundan əvvəl Şimali Koreyanın mərkəzi teleqraf agentliyi KXDR ordusunun Quam adasında ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını nəzərdən keçirdiyi barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR