Dövlət Musiqili Teatrı sentyabrın 10-da yeni mövsümə başlayacaq

Dövlət Musiqili Teatrı sentyabrın 10-da yeni mövsümə başlayacaq
# 25 avqust 2015 12:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Musiqili Teatrı sentyabrın 10-da mövsümü açıq elan edəcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, mövsümün açılışı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası ilə olacaq.

Nazirlikdən bildiriblər ki, 8-9 sentyabr tarixlərində Bakıda Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Ümumdünya Gömrük Təşkilatının MDB üzrə Regional Məlumat Əlaqələndirmə “Rilo-Moskva” iştirakçı ölkələrin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclası keçiriləcək. İclas çərçivəsində nəzərdə tutulan bədii proqramın 10 sentyabr tarixində Azərbaycan Dövlət Musiqili Teatrında təşkil edilməsi nəzərdə tutulub.

Buna görə mövsümün açılış günü “O olmasın, bu olsun” tamaşası ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə nümayiş olunacaq.

Tamaşanın quruluşçu-rejissoru xalq artisti Cənnət Səlimovadır.

Səhnə əsərində rolları xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Səmədzadə Xasıyev, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR