Rəşid Behbudovun 100 illik yubileyi Lənkəranda qeyd olunub

Rəşid Behbudovun 100 illik yubileyi Lənkəranda qeyd olunub
# 05 avqust 2015 12:05 (UTC +04:00)

Bakı. Esmira Əliyeva - APA. Prezident İlham Əliyevin Rəşid Behbudovun 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncama müvafiq olaraq Lənkəranda tədbirlər keçirilir.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Şəhər Mədəniyyət mərkəzində "Yurdum, yuvam, məskənimsən, Azərbaycanım " devizi altında tədbir keçirilib. Tədbirdə mədəniyyət işçiləri, şəhər sakinləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Rəşid Behbudovun ifasında "Azərbaycan" mahnısı səsləndirilib.

Mədəniyyət mərkəzinin direktoru Hafiz Mirzə, şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vüsal Nəsirli sənətkarın yaradıcılığından söhbət açıblar: “Rəşid Behbudov dünyanın ən məşhur konsert salonlarında rəngarəng repertuarlı saysız çıxışları ilə Azərbaycan mədəniyyətinə şöhrət qazandırıb”.

Mədəniyyət mərkəzinin "Çölləmə" rəqs qrupunun, "Vaqif" bədii qiraət dərnəyinin və "Ülfət" instrumental ansamblının üzvləri Azərbaycana həsr olunmuş mahnı, şeir və rəqslərdən ibarət geniş kompozisiya təqdim ediblər.

Mərasimdə mərkəzin dərnək və kurslarını bitirmiş bir qrup şəxsə diplom və sertifikatlar, fəaliyyəti ilə fərqlənən klub işçilərinə təşəkkürnamələr təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR