Azərbaycan ərazisində havanın temperaturu düşür - YENİLƏNİB - VİDEO

Azərbaycan ərazisində havanın temperaturu düşür - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 11 sentyabr 2015 09:48 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Sentyabrın 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 25-28 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 55-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 28-33 dərəcə, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Sentyabrın 12-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Sentyabrın 13-14-də meteoroloji amillərin normalıq sutkalıq gedişi müsbət amil olsa da, bəzi saatlarda havada rütubətliliyin normadan çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR