Sumqayıtda qarajlarda yanğın olub

Sumqayıtda qarajlarda yanğın olub
# 03 sentyabr 2015 16:59 (UTC +04:00)

Bakı - APA. Sumqayıt şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 15 kv.m olan qarajın içərisinə yığılmış 20 ədəd plastik manikenlər və yaxınlıqda digər vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan qarajın içərisində yığılmış 15 kv.m sahədə köhnə ev əşyaları yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yaxınlıqda olan digər qarajlar yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR