Gürcüstanda yol qəzasında 7 nəfər ölüb

Gürcüstanda yol qəzasında 7 nəfər ölüb
# 02 avqust 2015 04:25 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın Quriya inzibati rayonunun Qriqoleti kurort qəsəbəsi yaxınlığında mərkəzi magistral yolda bir-birinin ardınca baş vermiş iki qəza nəticəsində 7 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

APA-nın məlumatına görə, bu barədə “İnterfaks” məlumat verib.

Məlumata görə, əvvəlcə marşrut mikroavtobusu “Mercedes” markalı avtomobil ilə toqquşub, nəticədə 7 nəfər ölüb.

Az sonra həmin ərazidə polis pikapı “təcili yardım” maşını ilə toqquşub. Nəticədə 3 polis əməkdaşı xəsarət alıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR