“ExpressPay” Azərbaycanda ən böyük supermarket şəbəkələrindən birində aksiya keçirir

“ExpressPay” Azərbaycanda ən böyük supermarket şəbəkələrindən birində aksiya keçirir
# 14 avqust 2015 12:26 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “ExpressPay” ödəniş terminalları üzrə “Araz” supermarketlər şəbəkəsində aksiya keçirilir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, aksiya çərçivəsində marketlərdə olan terminallar vasitəsilə minimum 5 manat ödəniş etdikdə, “Sirab” mineral suyu hədiyyə olunur. Hədiyyəni əldə etmək üçün terminalın ödəniş qəbzini kassada göstərmək kifayətdir. Qeyd edək ki, bank xidmətləri üzrə ödənişlər aksiyada iştirak etmir. Aksiya sentyabr ayının 5-nə kimi davam edəcək.

Hazırda ödəniş terminallarında “Expressbank”a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), “EmbaFinans” (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, “Nikoil Bank”, “PAŞA Sığorta”, Bakı taksi, mobil operatorlar, kommunal / rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, internet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

“ExpressPay” ödəniş terminalları üzrə müştəri xidmətini artırmaq məqsədilə “Qaynar xətt” xidməti yaradılıb. Artıq müştərilər 24 saat ərzində istənilən təklif, şikayət və ya texniki nasazlıq barədə (055) 5000 132 nömrəsinə zəng vura və ya “WhatsApp” vasitəsilə mesaj yaza bilərlər.

“Expressbank”ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 270-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün “132 Məlumat Mərkəzi”nə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi “facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR