Böyük Britaniya səfirinin müavini Naxçıvana gedib

Böyük Britaniya səfirinin müavini Naxçıvana gedib
# 08 sentyabr 2015 11:12 (UTC +04:00)

Məlahət Nəcəfova-APA. Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stefen MakKormik bu gün Naxçıvan Muxtar Respublikasına səfər edib. APA-nın məlumatına görə, bu barədə səfirliyin rəsmi “facebook” səhifəsində məlumat yer alıb. Bildirilir ki, səfərin məqsədi regionla tanışlıq və seçki qabağı mühiti öyrənməkdir. Səfər çərçivəsində MakKormik yerli hakimiyyət orqanları, siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR