Qanun ifaçısı Natəvan Həsənova beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb

Qanun ifaçısı Natəvan Həsənova beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb
# 11 sentyabr 2015 14:53 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Milli Konservatoriyasının xalq çalğı alətləri kafedrasının müəllimi, qanun ifaçısı Natəvan Həsənova ABŞ-da keçirilən “American Protege İnternational Concerto Competition 2015” beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb.


APA-nın məlumatına görə, müsabiqə Nyu-York şəhərindəki “Carnegie Hall”da keçirilib. Bir çox ölkədən musiqiçilərin iştirak etdiyi müsabiqədə N. Həsənova yüksək ifaçılıq məharətinə görə “Best Perfomance Award” diplomu ilə mükafatlandırılıb.

N. Həsənova Azərbaycan Milli Konservatoriyasında qanun müəllimi və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri ansamblının solistidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR