Azərbaycan iqtisadiyyatında işləyənlərin sayı və əmək haqqı açıqlanıb

Azərbaycan iqtisadiyyatında işləyənlərin sayı və əmək haqqı açıqlanıb
# 06 avqust 2015 06:47 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1505,9 min nəfər olub, onlardan 874,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 631,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, muzdla işləyənlərin 22,3%-i təhsildə, 18,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,2%-i sənayedə, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,8%-i tikintidə, 4,6%-i nəqliyyat və anbar təsərrüfatında, 3,8%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8%-i informasiya və rabitə sahəsində və 17,8%-i iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2015-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 457,2 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR