İyulun 3-də baş verən qəzalar zamanı yol təsərrüfatına 24 min manat ziyan dəyib

İyulun 3-də baş verən qəzalar zamanı yol təsərrüfatına 24 min manat ziyan dəyib
# 04 iyul 2018 15:07 (UTC +04:00)

Bakıda ötən gün baş verən 4 yol qəzası zamanı magistral yol təsərrüfatına ciddi şəkildə ziyan dəyib.

Azərbaycan Avtomobil YolLarı Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 56-cı kilometriliyində “Mercedes Benz” markalı, 99-FE-818 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol-nəqliyyat hadisəsi törədilərək 100 paqonmetr metal təhlükəsizlik səddi və 1 ədəd işıq dirəyi yararsız hala salınıb. Qəza nəticəsində yol təsərrüfatına 8440 manat ziyan dəyib. Bundan başqa, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 108-ci kilometriliyində, “Kamaz 53229” markalı, 99-HN-592 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol-nəqliyyat hadisəsi törədilərək 112 paqonmetr metal təhlükəsizlik yararsız hala salınıb. Dəyən ziyanın miqdarı 7212,80 manat təşkil edir.

İyulun 3-də M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 76-cı kilometriliyində “Howo” markalı 99-ED-343 dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi zamanı 136 paqonmetr metal təhlükəsizlik səddi yararsız hala salınıb ki, nəticədə yol təsərrüfatına 8758,40 manatlıq ziyan dəyib.

M-3 Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun 12-ci kilometriliyində, “Kamaz” markalı 10-CP-082 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol-nəqliyyat hadisəsi törədilərək 30 metr mühafizə çəpəri yararsız hala salınıb.

Ümumilikdə baş vermiş hadisələr zamanı yol təsərrüfatına 24 min manatdan artıq ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR