Paşha Bank
Bank Of Baku

Tennessi ştatında 200 ildən çox müddətdən sonra ilk dəfə qadının edamı planlaşdırılır

Tennessi ştatında 200 ildən çox müddətdən sonra ilk dəfə qadının edamı planlaşdırılır
# 30 sentyabr 2026 05:53 (UTC +04:00)

ABŞ-ın Tennessi ştatında sentyabrın 30-da 50 yaşlı Krista Paykın ölümcül inyeksiya yolu ilə edam edilməsi planlaşdırılır.

Xarici medianın məlumatına görə, hökm icra olunarsa, o, ştatda 200 ildən artıq müddətdə edam edilən ilk qadın olacaq.

Edamın yerli vaxtla saat 10:00-da Neşvildəki xüsusi rejimli həbsxanada həyata keçirilməsi nəzərdə tutulur.

Payk 1995-ci ildə cinayət törədərkən 18 yaşında olub. O, 19 yaşlı Kollin Slemmerin qətlində təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. Məhkəmə materiallarına əsasən, cinayətdə Paykla yanaşı digər şəxslər də iştirak edib.

Tennessi qubernatoru Bill Li Paykın əfv olunması ilə bağlı müraciəti təmin etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR