Bank Of Baku

Suriyanın Məsyaf şəhərində hərbi sursat anbarında partlayışlar baş verib

Suriyanın Məsyaf şəhərində hərbi sursat anbarında partlayışlar baş verib
# 30 sentyabr 2026 03:06 (UTC +04:00)

Suriyanın Həma vilayətinin Məsyaf şəhərində yerləşən elmi-tədqiqat mərkəzinin ərazisindəki anbarda hərbi sursatların detonasiyası nəticəsində partlayışlar baş verib.

Bu barədə “Sham TV” telekanalı məlumat yayıb.

Məlumata görə, sözügedən mərkəz Həma vilayətinin qərbində mühüm hərbi obyekt hesab olunur.

Partlayışların nəticələri və mümkün itkilər barədə məlumat verilməyib.

Sentyabrın 21-də Hələbin cənubundakı Əl-Eys bölgəsində yerləşən hərbi bazada da oxşar hadisə baş verib və azı dörd nəfər xəsarət alıb. Sursatların detonasiyasının davam etməsi səbəbindən Dəməşq-Hələb avtomobil yolu bağlanıb, yaxınlıqdakı evlərin sakinləri təxliyə ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR