ABŞ-nin Sahil Mühafizəsinin şimal-şərq bölməsi cümə axşamı "Titanik"in batdığı yerin yaxınlığında Atlantik okeanının sularında itmiş sualtı "Titan" batiskafının axtarışı zonasında naməlum qırıqlar aşkar edilib.
APA xəbıər verir ki, qurum bu barədə Tvitterdə bildirib.
"Qırıntıların olduğu ərazi "Titanik"in yaxınlığındakı axtarış zonasında pilotsuz sualtı maşının köməyi ilə aşkar edilib. Mütəxəssislər komandanlıqla birlikdə bu məlumatı öyrənirlər", - məlumatda deyilir.