ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın ABŞ-da “ağıllı prezident” olduğu müddətdə vəziyyətinin yaxşı olacağını bildirib.
APA xəbər verir ki, bu barədə Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Kim Çen Inı çox yaxşı tanıyıram. Bizdə ağıllı prezident olduğu müddətdə onun hər şey qaydasında olacaq. ABŞ-da axmaq prezident olarsa, onun üçün vəziyyət o qədər də yaxşı olmayacaq”, - deyə Tramp bildirib.
ABŞ lideri Kim Çen Inla yaxşı münasibətlərinin olduğunu vurğulayıb, lakin Şimali Koreya lideri ilə məktub mübadiləsi aparıb-aparmadığı barədə suala cavab verməyib.
Tramp həmçinin bu ilin sonunda Kim Çen Inla görüşəcəyini gözlədiyini bildirib.