Bank Of Baku

Qalibaf: İran ABŞ-la danışıqların nəticə verməsi üçün qarşıdurmaya hazır olmalıdır

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf

© APA | İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf

# 19 avqust 2026 20:56 (UTC +04:00)

İran ABŞ-la istənilən təmas və danışıqların nəticə verməsi üçün qarşıdurmaya hazır olmalıdır.

Bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “Tasnim”ə açıqlamasında bildirib.

Qalibafın sözlərinə görə, İran müharibəyə hazır olmadığı halda ABŞ-la aparılan danışıqlar nəticəsiz olacaq. O, hazırda İraqda səfərdədir.

İran parlamentinin sədri regiondakı qeyri-sabitliyin və normal ticarət yollarının pozulmasının əsas səbəbinin ABŞ və Vaşinqtonun başlatdığı müharibə olduğunu iddia edib.

Qalibaf həmçinin ABŞ-ın hazırda “iflic vəziyyətində” olduğunu və müharibədən çıxmasından və ya onu davam etdirməsindən asılı olmayaraq etimadını itirəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR