Bank Of Baku

Tramp ABŞ-ın Kuba hökumətini dəyişməyi hədəflədiyini açıqlayıb

Tramp ABŞ-ın Kuba hökumətini dəyişməyi hədəflədiyini açıqlayıb
# 05 iyun 2026 03:48 (UTC +04:00)

“Vaşinqton Kuba hökumətini dəyişməyi hədəfləyir və bunu İranla münaqişə bitdikdən dərhal sonra etmək niyyətindədir”.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Kuba ilə bağlı çox yaxşı planlarımız var. Düşünürəm ki, çox sərt, çox xoşagəlməz olan bir rejimdən qurtulmalıyıq. Mən hər şeyə addım-addım nail olmağa üstünlük verirəm. Biz İran İslam Respublikası ilə məşğul olacağıq və bu edildikdən sonra, geri qayıdarkən bunu etmək üçün qısa müddətə dayanacağıq. Biz onlara kömək etmək istəyirik", - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR