Paşha Bank
Bank Of Baku

Tramp Atlantik okeanının adını dəyişmək istəyir

Donald Tramp

© APA | Donald Tramp

# 27 oktyabr 2026 07:05 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Atlantik okeanının adını “Amerika okeanı” olaraq dəyişdirmək istədiyini bildirib.

APA xəbər verir ki, o, adını dəyişdirmək istədiyi bir çay barədə düşündüyünü desə də, konkret ad çəkməyib və Missisipi çayının adını dəyişməyəcəyini vurğulayıb.

Tramp bu barədə Missisipi ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

O, ötən həftə “Google” şirkətindən Atlantik okeanının xəritələrdə “Tramp okeanı” adlandırılmasını istədiyini, lakin şirkətin rəhbəri Sundar Piçainin bu təklifi rədd etdiyini də açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR