Bank Of Baku

Rəsmi Berlin: Ukrayna üzrə danışıqlarda avropalılar iştirak etmədən qərar qəbul etmək çətin olacaq

Almaniyanın xarici işlər naziri Yohann Vadeful

© APA | Almaniyanın xarici işlər naziri Yohann Vadeful

# 18 noyabr 2026 11:40 (UTC +04:00)

Avropalılar Ukrayna üzrə danışıqlarda iştirak etmədən qərar qəbul etmək çətin olacaq.

APA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Bakıda Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında ABŞ, Çin və Rusiya liderlərinin sabahkı zirvə görüşünə münasibət bildirərkən deyib.

“Aparılan hər danışıq yaxşı haldır. Şübhə etmirəm ki, bu danışıqlar Ukrayna və Rusiya arasında, həmçinin, avropalıların iştirakı ilə aparılacaq. Avropalılar olmadan dayanıqlı qərar qəbul etmək çətin olacaq. Xüsusilə də müharibədən sonrakı proseslər və təhlükəsizlik təminatları məsələsində. Düşünürəm ki, amerikalılar və çinlilər də bunu anlayır”, - XİN rəhbəri vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR