Bank Of Baku

Tramp barədə həbs qərarı ləğv edilib - YENİLƏNİB-1

Tramp barədə həbs qərarı ləğv edilib - YENİLƏNİB-1
# 04 aprel 2023 23:37 (UTC +04:00)

ABŞ-ın sabiq prezidenti Donald Tramp barədə həbs qərarı ləğv edilib və o, məhkəmə binasını tərk edib.

APA-nın xəbərinə görə, bu barədə Reuters məlumat verib.

Manhetten prokurorluğu Tramp barədə 34 bənddən ibarət ittiham aktını dərc edib.

ABŞ qanunvericiliyinə görə, ittiham elan edilənədək təqsirləndirilən şəxs barəsində həbs qərarı verilir. İttihamlardan sonra Trampın həbs olunacağı gözlənilmirdi. Lakin o, müdafiə tərəfinin gözlədiyindən 20-30 dəqiqə çox, təxminən iki saat həbsdə qalıb.

***

22.55

ABŞ-ın sabiq prezidenti Donald Tramp məhkəmədə özünü təqsirli hesab etməyib.

APA-nın xəbərinə görə, bu barədə Reuters məlumat verib.

Qeyd edək ki, məhkəmə qapalı keçirilir. Sabiq dövlət başçısına 30 maddə ilə ittiham irəli sürüləcəyi ehtimal edilir.

***

21.30

ABŞ-ın sabiq prezidenti Donald Tramp formal olaraq həbs edilib.

APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilir ki, siyasətçi yaxın saatlarda məhkəmə binasını tərk edə biləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR