Bank Of Baku

Tramp: "Bayden altı yaşlı uşaq ağılındadır"

Tramp: "Bayden altı yaşlı uşaq ağılındadır"
# 05 noyabr 2023 06:48 (UTC +04:00)

Co Bayden altı yaşlı uşaq ağılındadır.

APA xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp Floridada tərəfdarları ilə görüşü zamanı bildirib.

Siyasətçinin sözlərinə görə, dünya Baydenə gülür:

“Mən Baydenin bu yaşında ondan daha ağıllı olan altı yaşlı uşaqlarla rastlaşmışam”.

Siyasətçi Co Baydeni korrupsioner və səriştəsiz adlandırıb.

Keçmiş prezident deyib ki, Çin və Rusiya rəhbərliyi ABŞ-nin başına gələnlərə inana bilmir.

“Ölkəmizə, prezidentimizə hörmət edirdilər, ona görə də biz təhlükəsiz idik. Çin bizimlə uşaq kimi danışır”, - deyə Tramp narazılığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR