Paşha Bank
Bank Of Baku

Tramp Baydeni Ukraynaya külli miqdarda silahı pulsuz verməkdə ittiham edib

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 18 oktyabr 2026 00:46 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydeni Ukraynaya külli miqdarda silahı təmənnasız verməkdə ittiham edib.

APA xəbər verir ki, Tramp bu barədə Kentukki ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

“Birinci prezidentlik dövrümdə ABŞ Silahlı Qüvvələrini yenidən gücləndirdim. Daha sonra Bayden bunun çox böyük hissəsini Ukraynaya verdi. O, həddindən artıq çox silah verdi”, – Tramp bildirib.

ABŞ Prezidenti iddia edib ki, həmin silahların dəyərini Avropa İttifaqından tələb etmək mümkün idi.

“Sadəcə Avropa İttifaqından pul istəmək lazım idi və onlar ödəyəcəkdilər. Mən hakimiyyətə gəldim və bunu etdim”, – deyə Tramp vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR