Paşha Bank
Bank Of Baku

Tramp: Demokratlar aralıq seçkilərdə qalib gəlsələr, mənə impiçment elan edəcəklər

ABŞ prezidenti Donald Tramp

© APA | ABŞ prezidenti Donald Tramp

# 02 oktyabr 2026 06:53 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Respublikaçılar Partiyası noyabrda Konqresə keçiriləcək aralıq seçkilərdə məğlub olarsa, demokratlar ona qarşı impiçment proseduruna başlayacaqlar.

APA xəbər verir ki, Tramp bu barədə Oklahoma ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib. O, tərəfdarlarını seçkilərdə fəal iştirak etməyə çağıraraq, özü seçki bülletenində olmayanda seçicilərin səsverməyə daha az fəallıq göstərdiyini deyib.

ABŞ Prezidenti tərəfdarlarından sanki onun da namizəd olduğunu təsəvvür edərək səsverməyə getmələrini istəyib və respublikaçıların seçkilərdə qalib gəlməyəcəyi təqdirdə demokratların ona qarşı impiçment proseduruna başlayacağını iddia edib. Tramp hazırda aralıq seçkilər ərəfəsində respublikaçı namizədlərə dəstək məqsədilə kampaniya tədbirləri keçirir.

Tramp ABŞ tarixində Nümayəndələr Palatasında iki dəfə impiçment elan edilmiş ilk prezidentdir. Bu, onun birinci prezidentlik dövründə – 2019 və 2021-ci illərdə baş verib. Hər iki halda Senat Trampı təqsirli bilmək üçün tələb olunan səs çoxluğunu təmin etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR