Rusiya Avropa ilə nə barədə danışıqlar aparacağını başa düşmür.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski Əbu-Danışıqların yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
O, avropalılardan heç bir təklif daxil olmadığını söyləyib.
Medinski Əbu-Dabidə danışıqlarda Avropa nümayəndələri ilə heç bir ünsiyyət olmadığını da bildirib. Qeyd edib ki, Əbu-Dabidəki Aİ nümayəndələrinin statusu hələ də bəlli deyil.
Rusiya prezidentinin köməkçisi həmçinin qeyd edib ki, Avropa "vicdanı oyandıqda" sülh danışıqlarında iştirak edə biləcək.